“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Laçın” tankeri ilə istismara veriləndən, 6 il ərzində 464,093 min ton neft və neft məhsulları daşınıb. Bu barədə səhmdar cəmiyyətin məlumatında bildirilib. Tanker bu müddət ərzində müxtəlif limanlara ümumilikdə 94 səfər həyata keçirib. Son bir ildə isə gəmi 48 min 958,323 ton yükü təyinat limanına çatdırıb. “Laçın” tankeri ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdir. […]