EBRD Azərbaycandakı layihələrə təxminən 3,7 milyard dollar investisiya yatırıb

Bu il oktyabrın 30-na Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfelinin dəyəri 925 milyon avro qiymətləndirilir. EBRD-nin məlumatına əsasən, bunun 39 %-i özəl sektorun payına düşür. Hazırda 34 layihə aktivdir. Bank yalnız 2025-ci ildə 8 layihənin maliyyələşdirilməsinə 69 milyon ABŞ dolları ayırıb. Sentyabrın 30-na olan göstərici ilə müqayisədə, portfelin dəyəri 2,43 % və ya 23 milyon avro azalıb. EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi […]