Ankarada maşınla gedirdik. Yol kənarında su, salfetka satan uşaqları görəndə dostum Kamal bəy, sanki heç bir iddiası yoxmuş kimi, araya bir zarafat atdı: – İB uşaqları! Əvvəlcə gülümsədim. Sonra düşündüm. Bir az da duruxdum. Kamal nə dediyini bilirdi. O, pedaqoq deyil, təhsil nəzəriyyəçisi isə heç deyil. Amma illərdir böyük bir təhsil qur...