Cəbrayılda 1042 ailəlik kənddə klub-icma mərkəzi tikiləcək – 2 milyonluq layihə

Cəbrayılda klub-icma mərkəzinin tikintisi üçün satınalma elan edilib. Banker.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli kəndində 1042 ailəlik (birinci mərhələdə 635 ailəlik) yaşayış məntəqəsində klub-icma mərkəzinin tikintisi üçün müsabiqə elan edib. Müsabiqədə görüləcək işlərin ehtimal olunan dəyəri 2 108 811 manat təşkil edir.