Hansı hallarda ƏMAS-da tarif (vəzifə) maaşından aşağı məbləğ müəyyən edilə bilər?

Mövzunu  iqtisadçı ekspert Anar Bayramov şərh edir. Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin maddədə tarif (vəzifə) maaşı, əməkhaqqına əlavə və mükafata da aydınlıq gətirilib: “Tarif (vəzifǝ) maaşı – işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir. Əməkhaqqına əlavə – […]