Bu gün Maliyyə Nazirliyində suveren “yaşıl istiqraz”ların emissiyası üzrə çərçivənin hazırlanması məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib. Bu barədə nazirliyin məlumatında bildirilib. Maliyyə Nazirliyi və nazirliyin müvafiq strukturlarının rəhbər və məsul şəxslərinin iştirakı ilə keçirilən iclasda İşçi Qrupun rəhbəri, maliyyə nazirinin I müavini Anar Kərimov ölkəmizdə ekoloji davamlılığın gücləndirilməsi, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və […]