ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya ultimatum verib və NATO-nun kollektiv müdafiə prinsipini təsbit edən Şimali Atlantika Müqaviləsi Təşkilatının 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri müqabilində ərazi güzəştləri tələb edib. Bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, Kiyev indi bu şərtlərlə razılaşmalıdır, əks halda Amerika tərəfinin növbəti təklifi o qədər də əlverişli olmayacaq. […]