Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Modern.az xəbər verir ki, dekabrın 15-i saat 16 radələrində 2006-cı il təvəllüdlü Züleyxa Hüseynova yaşadığı Xəzər bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. ...