“Samsung”un üçqat qatlanan smartfonunun ilk partiyası iki dəqiqəyə satılıb — “Yonhup”

“Samsung Galaxy Z TriFold” adlı üçqat qatlanan smartfonun ilk partiyası Cənubi Koreyada istehsalçının onlayn mağazasında cəmi iki dəqiqə ərzində satılıb. Məhsulun yenidən satışa çıxarılmasının yalnız yanvar ayında gözlənildiyi bildirilir. Bu barədə”Yonhap” agentliyi işgüzar dairələrin nümayəndələrinə istinadən xəbər verib. Dekabrın 17-də yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 05:00) şirkət öz saytında telefonun alınması üçün sifarişlərin […]