Mərkəzi Bank üç BOKT-nin vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində noyabr ayında bir neçə bank olmayan kredit təşkilatında (BOKT) qanunvericilik pozuntuları aşkar edilib. Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub. Mərkəzi Bankın məlumatına görə, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi […]