Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks qazma işləri” tresti (KQİT) ilə “Bahar Energy Operating Company” (BEOC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Banker.az KQİT-ə istinadən xəbər verir ki, sənəd iki şirkət arasında tərəfdaşlığın qurulmasını nəzərdə tutur. Memorandum çərçivəsində KQİT-in geniş qazma və texniki təcrübəsinin Xəzərin Azərbaycan sektorunda yerləşən “Bahar” və “Qum-dəniz” yataqlarında tətbiqi imkanları araşdırılacaq. Məlumata görə, […]