“Azərbaycan Biznesinin İnkişafı Fondu” güzəştli kreditləşməni kəskin artırıb

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC 5 960 layihənin maliyyələşdirilməsinə 346 milyon manat güzəştli kredit verib. Bu barədə Fonddan bildirilib. Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,9 % və 63,4 % çoxdur.