Y.Zelandiyanın kərə yağı bahalaşır, Azərbaycan şirkətləri bu ölkədən idxalı azaldır

Yeni Zelandiyadan Azərbaycana idxal olunan kərə yağında qiymət artımı fonunda idxalçı şirkətlər tədarük həcmlərini azaltmağa başlayıb. Banker.az xəbər verir ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycanın kərə yağı idxalı 16.76 min ton təşkil edib və idxalın dəyəri 121.06 mln. dollar olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 22% azalsa da, dəyər 1.6% artıb. […]