Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təsisçiliyi ilə "Tumar Ventures" adlı yeni vençur fondu yaradılıb. Modern.az xəbər verir ki, bunu "İDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimində İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib. ...