Bu il Azərbaycanda 45 texnopark rezidenti qeydiyyata alınıb. Bunu “IDDA Awards” müsabiqəsinin mükafatlandırma tədbirində İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli deyib. O bildirib ki, Agentliyin dəstək verdiyi vençur fondları və proqramlar nəticəsində 760 min ABŞ dolları məbləğində startaplara investisiya olunub: “40 startap üzrə dəstək proqramı, yəni inkubasiya, akselerasiya və hakatonlar keçirilib. 500-dən çox startap […]