SOCAR Pakistanda neft kəmərinin tikintisi layihəsində iştirak etməyi planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistanda neft kəmərinin tikintisi layihəsində investor qismində iştirak etməyi planlaşdırır. Bunu Pakistanın maliyyə və gəlirlər naziri Məhəmməd Auranqzeb deyib. O bildirib ki, danışıqlar hələ erkən mərhələdədir: “Müzakirələr davam edir və ümid edirik ki, məhz bu layihə son icra mərhələsinə çatan ilk layihələrdən biri olacaq”. Xəbər verildiyi kimi, fevralın 24-də Pakistanın […]