Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna direktor təyin edilib. Bu barədə nazir Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını, 1999-cu ildə isə BDU-nun (Azərbaycanda siyasi proseslər ixtisası üzrə) magistraturasını fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə BDU-nun dissertanturasına […]