Rüşvət alan bağça müdiri işdən çıxarıldı

Zaqatala şəhəri Aydın Əhmədov adına 6 nömrəli körpələr evi-uşaq bağçasının sabiq müdiri Hasilova Lətifə Nizami qızı 1 dekabr 2025-ci il tarixindən vəzifəsindən azad olunub. Modern.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları...