Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!

®2025-ci ilin dekabrında Azərbaycanın görkəmli musiqi xadimi Rəşid Behbudovun anadan olmasının 110 ili tamamlandı. Bu əlamətdar gün münasibətilə ABB-nin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Rəşid Behbudova həsr olunmuş “Səsin rəngi” sərgisi keçirilib. Tədbirdə mədəniyyət naziri Adil Kərimli, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Milli Məclisin deputatları, ölkəmizin görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak edib. […]