Avropa Mərkəzi Bankı faiz dərəcələrini dəyişməyib

Avropa Mərkəzi Bankı (AMB) üç əsas faiz dərəcəsini dəyişməz saxlayıb. Bunu AMB rəhbəri Kristin Laqard Frankfurtda İdarə Heyətinin iclasının yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hazırkı qiymətləndirmə göstərir ki, Avrozonada inflyasiya orta müddətli perspektivdə hədəf səviyyə olan 2 %-ə yaxın sabitləşəcək. AMB-nin yenilənmiş proqnozlarına əsasən, inflyasiya 2025-ci ildə orta hesabla 2,1 %, […]