BMT Təhlükəsizlik Şurası (TŞ) 23 dekabr tarixində Venesuela ilə bağlı iclas keçirməyi planlaşdırır. Bu barədə dekabr ayında Şuraya sədrlik edən Sloveniyanın Daimi Nümayəndəliyindən məlumat verilib. Qeyd edək ki, Venesuela Təhlükəsizlik Şurasına Karib dənizindəki vəziyyətlə bağlı təcili iclas keçirmək üçün müraciət etmişdi.