Avropada dondurulmuş Rusiya aktivləri Avropa İttifaqı ölkələrinin ixtisaslaşdırılmış (kvalifikasiyalı) əksəriyyətinin səsverməsi halında blokdan çıxarıla bilər. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen mətbuat konfransında bildirib. Konfransın videosu “X” sosial şəbəkəsində dərc olunub. Onun sözlərinə görə, aktivlər Rusiya Ukraynaya reparasiya ödəyənədək dondurulmuş qalacaq və Aİ bu vəsaitlərdən Ukraynaya verilən kreditin maliyyələşdirilməsi üçün istifadə etmək […]