Bakıda 19 yaşlı gənc qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. Modern.az xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırma aparılır.(Mənbə “Qafqazinfo”) ...