Türkiyə “Eurofighter” qırıcıları üçün Meteor raketləri istehsal edəcək

Türkiyə İngiltərədən alacağı “Eurofighter” qırıcı təyyarələri üçün Meteor raketləri istehsal edəcək. Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. Onun sözlərinə görə, Türkiyə İngiltərə ilə imzaladığı razılaşma çərçivəsində 20 ədəd yeni istehsal olunacaq “Eurofighter” döyüş təyyarəsi alacaq: “Eurofighter” təyyarələri 2030-cu ildə 6 ədəd, 2031-ci ildə 8 ədəd, 2032-ci ildə isə 6 ədəd olmaqla mərhələli şəkildə […]