Ukraynalı hərbçilər Xəzər dənizində Rusiyaya məxsus “Oxotnik” hərbi gəmisinə zərbə endiriblər. Bu barədə məlumatı Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvələri yayıb. Məlumata görə, həmçinin Rusiyanın “Lukoyl” şirkətinin neft-qaz platformasına zərbə vurulub. Hər iki hədəfə pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilib. Dəymiş zərərin miqyası isə hələ məlum deyil.