Yevlax şəhərinin baş planı hazırlanacaq. Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Yevlax şəhərinin baş planının hazırlanması ilə bağlı müvafiq işlər həyata keçiriləcək. Bu çərçivədə baş planın hazırlanması “İntegris” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Görüləcək işlər üzrə nəzərdə tutulan vəsait 878 min 280 manat təşkil edir.