Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək “Dərnəgül” stansiyası gələn ilin I rübündə hazır olacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib. Məlumatda deyilir ki, “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda dairəvi dəmir yolu marşrutu üzrə Bakı–Xırdalan–Sumqayıt xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara […]