Böyük Britaniyanın BP şirkəti rəsmi olaraq Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağında seysmik kəşfiyyat işlərinə başlayıb. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə geologiya və işlənmə üzrə vitse-prezidenti Den Sparks bildirib. “Ötən həftə dənizdibi sensor qovşaqlardan (HDOBN – High Density Ocean Bottom Nodes) istifadə etməklə üçölçülü seysmik tədqiqata başladıq. İşlərin məqsədi resursların qiymətləndirilməsində qeyri-müəyyənliyi […]