Tailand və Kamboca 24 dekabrda atəşkəs rejiminin yaradılmasını müzakirə edəcək

Tailand və Kamboca 24 dekabrda sərhəd münaqişəsi zonasinda atəşkəs rejiminin yaradılması məsələsi üzrə danışıqlara başlayacaq. Bu barədə Tailandın xarici işlər naziri Sihasak Phuanqketkeo bildirib. Onun sözlərinə görə, Tailand Kamboca ilə atəşkəs rejiminin tətbiqi imkanlarını müzakirə etməyə hazırdır. “Biz atəşkəs rejiminin yaradılması ilə bağlı dialoqun bərpasını alqışlayırıq. Danışıqlar artıq mövcud olan Birgə Sərhəd Komitəsi çərçivəsində aparılacaq. […]