Tramp impiçment təhlükəsi ilə üzləşə bilər

ABŞ prezidenti Donald Tramp 2026-cı ildə keçiriləcək aralıq seçkilərin nəticələrinə görə Respublikaçılar Partiyası ABŞ Konqresində çoxluğu itirərsə, impiçment təhlükəsi ilə üzləşə bilər. Bu barədə Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson “Turning Point USA” təşkilatının tədbirində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Nümayəndələr Palatasında qüvvələr balansı dəyişərsə, “sol-radikal qüvvələr” hazırkı prezidentə qarşı impiçment proseduruna başlaya bilərlər. […]