900 il əvvəl memarlığa verilən dəyər bu gün də davam edir - Elbəy Qasımzadə

Azərbaycan əsrlər boyu müxtəlif sivilizasiyaların qovşağında formalaşmış, şəhərsalma və memarlıq baxımından zəngin irsə malik bir məkan olub. Qədim dövrlərdən etibarən yaşayış məntəqələrinin planlaşdırılması, ictimai məkanların təşkili və memarlıq üslublarının inkişafı xalqın dünyagörüşünü, həyat tərzini və estetik zövqünü özündə mükəmməl formada t...