İki beynəlxalq reys Bakı aeroportunda məcburi eniş edib

Finlandiyanın “Finnair” aviaşirkətinə məxsus, Helsinki – Puket marşrutu üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı, göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib. Bildirilib ki, “Airbus A350” tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 00:54-də uğurla eniş edib. […]