AZAL-ın vitse-prezidenti: “Təyyarə Qroznı hava limanına yaxınlaşan zaman, havada qeyri-qanuni fiziki müdaxilə baş verib”

İlkin hesabat göstərib ki, təyyarə Qroznı hava limanına yaxınlaşan zaman, ona qarşı qeyri-qanuni fiziki müdaxilə baş verib. Banker.az  xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC (AZAL) vitse-prezidenti İlham Əmirov J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimat mərasimində bildirib. Onun sözlərinə görə, hazırda bu hadisənin istintaqı davam edir: “Qazaxıstanda dövlət komissiyası yaradılıb. Mövcud beynəlxalq […]