Türkiyə gəmiçiliyə nəzarət sistemini Qara dənizə genişləndirir

Ankara Türkiyənin gəmiçilik təhlükəsizliyinə nəzarət sisteminin fəaliyyət dairəsini Qara dənizə də yaymağı planlaşdırır. Bu barədə respublikanın nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu NTV telekanalının efirində bildirib. “Biz gəmiçilik təhlükəsizliyi sahəsində ciddi səylər göstəririk. Monitorinq sistemimizin fəaliyyət göstərdiyi Dardanel boğazında olduğu kimi, Bosfor boğazında da gəmilərin keçidinə nəzarət edirik. Radarlar vasitəsilə bu nəzarət xidmətlərini bütün Mərmərə […]