Vaxt ildırım sürətilə keçir. Onu saxlamaq mümkün deyil. Vaxt nə qatardı dayanacaqda saxlayasan, nə çaydı qabağını kəsib yönünü dəyişəsən. Keçən vaxt ya israf olunur, ya da sərf edilir. Bu, bir insanın ömründə də, bir xalqın tarixində də belədir. İsraf edilən vaxt külə dönür, sərf edilən vaxt yol göstərir. Vaxtı sərfiyyata çevirmək hər kəsi...