Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, təqsirləndirlən Elşad Abdullayev 15 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu il mayın 2-də Abdullayev Elşad […]