Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANATI

Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və çoxşaxəli siyasət nəticəsində 2025-ci ildə də ölkəmiz siyasi və sosial-iqtisadi sferalarda ciddi uğurlara nail olmuşdur. İl ərzində ölkədə makroiqtisadi sabitlik qorunmuş, iqtisadi artım davam etmiş və Azərbaycanın beynəlxalq kredit reytinqi yaxşılaşmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı 2025-ci ildə də öz fəaliyyətini başlıca mandatı olan qiymət […]