“Tramp Marşrutu” (TRIPP) adlanan təşəbbüsün icrasının praktiki mərhələsi, o cümlədən tikinti işlərinə başlanması 2026-cı ilə planlaşdırılır. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” layihəsinin hüquqi bazasının formalaşdırılması və tənzimləmə mexanizmlərinin hazırlanması üzrə amerikalı tərəfdaşlarla intensiv danışıqlar aparır. Qeyd edilib ki, Ermənistan–ABŞ birgə müəssisəsi olan […]