Maştağa və Bilgəh bağlarından oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluq hadisəsi baş verib. Naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa və Bilgəh qəsəbəsindəki bağ massivlərindən 1160 manat nağd pul, 2875 manat dəyərində məişət, təmir-tikinti alətləri və 800 manatlıq qızıl-zinət əşyalarını talayıb.  Modern.az xəbər verir ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi...