Azərbaycan klubu iranlı futbolçu ilə yollarını ayırdı

“Karvan-Yevlax” iranlı futbolçu Səid İranxanla yollarını ayırıb. Klubdan Modern.az-a bildirilib ki, mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Mövsümün əvvəlində komandaya cəlb olunan Səid bu müddət ərzində 10 oyunda 1 qolla yadda qalıb. ...