AZAL-ın sərnişin təyyarəsinin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib. Bu, Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL şirkətinə məxsus Embraer 190 4K-AZ65 təyyarəsi qəzasını araşdıran komissiyanın aralıq hesabatında yer alıb. Hesabatda, həmçinin təyyarənin 2 saylı hidravlik sistem borusunun zədələnməsinin sərt obyektlərlə təmas nəticəsində baş verə bilməsi və əmələ gələn dəliklərin […]