Azərbaycan kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Sazişə qoşulub. Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Saziş 1968-ci il aprelin 22-də London, Moskva və Vaşinqton şəhərlərində imzalanıb.