Cəbrayılda yaşayış məntəqəsinin sel sularından mühafizəsinə 7.1 milyon manat ayrılır

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunda iri həcmli infrastruktur layihəsi üzrə satınalma müsabiqəsi elan edib. Banker.az xəbər verir ki, fond Cəbrayıl rayonunun Şükürbəyli kəndində 1042 ailəlik yaşayış məntəqəsinin (I mərhələ – 635 ailəlik) sel sularından mühafizəsi məqsədilə genişmiqyaslı tikinti işlərinin görülməsini planlaşdırır. Layihə çərçivəsində drenaj şəbəkəsinin qurulması, istinad divarlarının tikintisi, körpülərin inşası və yağış […]