“Obyektlərin icarə qiymətlərinin formalaşmasında əsas rol oynayan faktorlar yerləşdiyi rayonların sosial-iqtisadi inkişaf səviyyəsi və infrastruktur imkanlarıdır. Bununla yanaşı, əhalinin sıxlığı və ərazinin biznes baxımından əhatə dairəsi də qiymətlərə ciddi təsir göstərir”. Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, obyektin mərkəzə və ya mərkəzə yaxın ərazidə yerləşməsi icarə haqqının yüksək […]