Azərbaycanda quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda “Ağdaş Quşçuluq” ASC-nin 30%-lik səhm paketi 101 662 manata özəlləşdirilib. Banker.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bundan başqa hərracda 3 kommersiya obyekti və 53 nəqliyyat vasitəsi satılıb. Hərraclara çıxarılan əmlaklara ümumilikdə 287 sifariş qəbul edilib. Bunlardan 42-si onlayn qaydada həyata keçirilib. […]