XİN başçısı: TDT+ formatı bəzi güc mərkəzlərində qıcıq doğurur

Son dövrlərdə Türk Dövlətləri Təşkilatına (TDT) maraq əhəmiyyətli dərəcədə artıb. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. “Türk Dövlətləri Təşkilatına diqqət onun üzvlərinin beynəlxalq çəkisindən asılıdır. Türkiyə aparıcı TDT dövlətidir və bu ölkənin artan nüfuzu, Azərbaycanın artan nüfuzu təşkilatın çəkisinə töhfə verir. Ölkəmiz artıq 10-15 il əvvəlki Azərbaycan […]