Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüşdə ərazi məsələlərinin mütləq müzakirə olunacağını vurğulayıb. Bu barədə Zelenski jurnalistlərə açıqlamasında məlumat verib. “Açığı, üzərində işlədiyimiz 20 maddəlik plan 90 faiz hazırdır. Məqsədimiz onu 100 faizə çatdırmaqdır. Bu, asan deyil və heç kim demir ki, hər şey dərhal 100 faiz olacaq”, — prezident bildirib. O […]