Azərbaycan və Somali diplomatik pasport sahiblərini viza tələblərindən azad edəcək

Azərbaycan və Somali diplomatik pasport sahiblərini viza tələblərindən azad edəcək. Bu, Milli Məclisin payız sessiyası çərçivəsində dekabrın 30-da keçiriləcək son iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.