Rusiya iqtisadiyyatının artım tempi dörd dəfədən çox yavaşlayıb

2025-ci ilin 11 ayının nəticələrinə görə, Rusiya iqtisadiyyatının artım tempi 2024-cü ilin göstəricisi ilə müqayisədə dörd dəfədən çox yavaşlayıb və bir faiz təşkil edib. Bu barədə “TASS” agentliyi Rusiya İqtisadi İnkişaf Nazirliyinin hesabatına istinadən məlumat yayıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, ÜDM-in artımı 4,3 faiz təşkil edib. […]