“2026-cı ildən iş qrafiklərinin dəyişdirilməsinin təsdiqi və tətbiqini müşahidə edə bilərik”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili parlamentdə səsləndirilən iş saatlarının dəyişdirilməsi ilə bağlı təklifə münasibət bildirərkən qeyd edib ki, Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün dövlət proqramında bu məsələ prioritet istiqamətlərdən biri kimi yer alıb: “Dövlət proqramına əsasən, bu istiqamətdə […]